Bu həcmdə məhsulun dəyəri 3,534 mlrd. ABŞ dolları təşkil edib Bu həcmdə məhsulun dəyəri 3,534 mlrd. ABŞ dolları təşkil edib

Azərbaycan xam neft ixracını 42% artırıb

Bu həcmdə məhsulun dəyəri 3,534 mlrd. ABŞ dolları təşkil edib

Bu ilin I rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7,697 mln. ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 3,534 mlrd. ABŞ dolları təşkil edib.

Bu ilin I rübündə ixrac edilən məhsulun miqdarı ötən ilin müvafiq dövründən 41,5%, dəyəri isə 31,6% çox olub.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 78,81% təşkil edib.

AzNews.az