"Bizim bu məsələyə münasibətimiz əvvəldən mənfi olub" "Bizim bu məsələyə münasibətimiz əvvəldən mənfi olub"

Elman Rüstəmov: Kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi gündəmdən çıxıb

"Bizim bu məsələyə münasibətimiz əvvəldən mənfi olub"

Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanan qanun layihəsinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, sədr bu haqda keçirdiyi mətbuat konfransında danışıb.

"Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb. Bizim bu məsələyə münasibətimiz əvvəldən mənfi olub. Düşünürük ki, bu prezidentin elan etdiyi uzun müddətli struktur islahatlarına və dərin bazar iqtisadiyyatına keçid istiqamətində görülən işlərə ziddir. Biz təklif edilən məsələni dərindən araşdırmışıq. Bu təcrübədən gəliri aşağı ölkələrdə istifadə olunur. Yəni, inflyasiya iqtisadi üsullarla idarə olunmursa, qanunvericiliklə bağlı addımlara əl atılır. Xüsusilə, maliyyə savadlılığı aşağı olam ölkələrdə banklar istehsal kreditlərində sələmçilik faizlərinə əl atırlar. Buna qarşı dövlət səviyyəsində müəyyən tədbirlər görürür. Kredit faizlərinə tavan müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib çıxara bilər. Artıq təkliflər səslənirdi ki, əmanət faizlərinə də tavan qoyulsun. Bu sosial baxımdan nə dərəcədə doğru ola bilər? Əmanətlər əhalinin mülkiyyətidir. Bundan başqa, faizlərə məhdudiyyət bank sektotundan pulların kənarlaşmasına, kölgə bankçılığının inkişafına apara bilər". Elman Rüstəmov qeyd edib.

Nigar CƏFƏR
AzNews.az