Bizdə 200 min əskinasa 1 saxta pul düşür Bizdə 200 min əskinasa 1 saxta pul düşür

Azərbaycan bankomatlarının müdafiəsi yüksəkdir - Mərkəzi Bankın sədri

Bizdə 200 min əskinasa 1 saxta pul düşür

"Mərkəzi Bank vaxtaşırı milli valyutanın modernləşməsini həyata keçirir. Məqsəd saxta əskinaslara qarşı mübarizə aparmaqdır".

AzNews.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Image result for elman rüstəmov

Onun sözlərinə görə, bunun üçün 200 manatlıq əskinasların hazırlanmasına ən yüksək texnologiyalar tətbiq olunub.

"Azərbaycan bankomatlarının müdafiəsi yüksəkdir. Bizdə 200 min əskinasa 1 saxta pul düşür. Bu Avropada 30 min əskinasa 1 saxta pul, Rusiyada isə 130 min əskinasa 1 saxta pul düşür. Yeni bankomatlar tədavülə buraxılan zaman müəyyən texniki problemlər ortaya çıxır. Yəni, 8-10 ay ərzində adaptasiya gedir. May ayının sonuna kimi adaptasiya işləri yekunlaşacaq. Bunun üçün banlara 2-3 ay vaxt verilib". Elman Rüstəmov belə deyib.

Nigar CƏFƏR
AzNews.az

image description