Azərbaycanda qızıl ucuzlaşdı

Gümüşün qiymətində isə bahalaşma müşahidə olunub.

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Mayın 22-də qızılın qiyməti mayın 21-i ilə müqayisədə 3,2045 manat azalaraq 1 unsiya üçün 2165,443 manat təşkil edib.

Gümüş 0,0142 manat bahalaşaraq 1 unsiya üçün 24,5601 manata bərabər olub.

Platinin qiyməti 14,62 manat azalaraq 1379,295 manat, palladiumun qiyməti isə 30,906 manat azalaraq 2245,105 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)

AzNews.az