Bu ilin ötən dövründə Azərbaycanda 592 sahibkarın ümumi dəyəri 197,6 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 55 mln. manat güzəştli kredit verilib Bu ilin ötən dövründə Azərbaycanda 592 sahibkarın ümumi dəyəri 197,6 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 55 mln. manat güzəştli kredit verilib

Bu il Azərbaycanda 592 sahibkara 55 mln. manat güzəştli kredit verilib

Bu ilin ötən dövründə Azərbaycanda 592 sahibkarın ümumi dəyəri 197,6 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 55 mln. manat güzəştli kredit verilib

Bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Şəmkirdə sahibkarlarla keçirilən işgüzar forumda çıxış edərkən bildirib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü işlər barədə danışan Sahib Məmmədov bu ilin ötən dövründə 592 sahibkarın ümumi dəyəri 197,6 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 55 mln. manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 2 200-dən çox yeni iş yerinin yaradılmasına imkan yaratdığını bildirib.

İşgüzar forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 24 sahibkara Sahibkarlığın İnkişafı Fondu tərəfindən 831 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik, çörək istehsalı, taxıl tədarükü və un istehsalı sahələrinin inkişafına yönəldiləcək.

Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 276,9 mln. manat güzəştli kredit verilib.

Qeyd edək ki, tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin əldə edilməsi mexanizmi barədə məlumat verilib, Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan aqroparkın, logistik mərkəzin, kartof və soğan saxlama anbarının, quru meyvə istehsalı və süd emalı müəssisələrinin, intensiv bağçılıq, üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. (“APA-Economics”)