100,0 milyon AZN həcmində yeni borcların cəlb edilməsi proqnozlaşdırılıb 100,0 milyon AZN həcmində yeni borcların cəlb edilməsi proqnozlaşdırılıb

Gələn il Azərbaycan 1,5 milyard dollara yaxın borc qaytaracaq

100,0 milyon AZN həcmində yeni borcların cəlb edilməsi proqnozlaşdırılıb

2020-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində dövlət borcuna xidmət xərclərinin 2 milyard 458,2 milyon manat (1 milyard 446 milyon dollar), o cümlədən faiz xərclərinin 775,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

AzNews.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir ki, imzalanmış kredit sazişləri çərçivəsində, 2020-ci il ərzində xarici dövlət borcu üzrə 559,4 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi (yeni borclanma) nəzərdə tutulur.

Eyni zamanda, daxili borc üzrə 2020-ci il ərzində 100,0 milyon AZN həcmində yeni (təkrarmaliyyələşən borclar nəzərə alınmadan) borcların cəlb edilməsi proqnozlaşdırılıb.

2020-ci ilin ilin əvvəlinə, imzalanmış kredit sazişlərindən istifadə proqnozları nəzərə alınmaqla Azərbaycan Respublikasının xarici dövlət borcunun 8 milyard 860.0 milyon ABŞ dolları ekvivalenti, daxili dövlət borcunun isə 1 milyard 420 milyon manat təşkil edəcəyi gözlənilir.

AzNews.az