2020-ci ildə "Amazon"un bir neçə ərzaq marketi fəaliyyətə başlayacağı ehtimal olunur 2020-ci ildə "Amazon"un bir neçə ərzaq marketi fəaliyyətə başlayacağı ehtimal olunur

"Amazon" yeni supermarket şəbəkəsi açacaq

2020-ci ildə "Amazon"un bir neçə ərzaq marketi fəaliyyətə başlayacağı ehtimal olunur

ABŞ-ın onlayn pərakəndə satış şirkəti olan "Amazon" yeni ərzaq supermarketlər şəbəkəsinin açılışını planlaşdırır.

Yeni brend "Amazon"a məxsus "Whole Foods Market"dən ayrı fəaliyyət göstərəcək. Yeni şəbəkədə heç bir kassası olmayan "Amazon Go" mağazalarından fərqli olaraq müntəzəm kassalar olacaq.

Qeyd edək ki, 2020-ci ildə "Amazon"un bir neçə ərzaq marketi fəaliyyətə başlayacağı ehtimal olunur. Bu ilin mart ayında ABŞ-ın bir neçə şəhərində "Amazon"un onlarla ərzaq mağazasının fəaliyyətə başlayacağı bildirildi və ilk belə mağazanın Los-Ancelesdə açılacağı qeyd edilirdi.

AzNews.az