- Pullu iş
- 31 Mart 2020 11:22
- 2 930
Azərbaycan nefti ucuzlaşdı
Maksimal qiyməti isə 2008-ci ilin iyulunda qeydə alınıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti martın 28-i ilə müqaisədə 2,65 ABŞ dolları, yaxud 12,1% azalıb.
AzNews.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 19,20 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.