Növbəti iclas 30 noyabr və 1 dekabr tarixlərində keçiriləcək Növbəti iclas 30 noyabr və 1 dekabr tarixlərində keçiriləcək

“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı

Növbəti iclas 30 noyabr və 1 dekabr tarixlərində keçiriləcək

“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının keçiriləcəyi vaxt məlum olub.

AzNews.az-ın xəbərinə görə, bu barədə “TASS”a mənbə bildirib.

Qeyd olunub ki, növbəti iclas 30 noyabr və 1 dekabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, bu gün “OPEC plus” ölkələri nazirlərinin videokonfrans formatında keçirilən iclası yekunlaşıb.

OPEC+ iclasının sonunda yekun kommunike qəbul edilib. Kommunikedə neft hasilatının azaldılmasının iyul ayının axırına qədər uzadılması barədə razılığa gəlinib.

Bundan başqa, OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə bağlı may-iyun aylarındakı öhdəliyi yerinə yetirməyən İraq və Nigeriya azalmanı iyul-avqust aylarında əlavə kəsinti ilə kompensasiya edəcəklər.