Bu barədə maliyyə nizamlayıcısının rəhbərliyinin iclasının yekunlarına dair məlumatında deyilir Bu barədə maliyyə nizamlayıcısının rəhbərliyinin iclasının yekunlarına dair məlumatında deyilir

FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı

Bu barədə maliyyə nizamlayıcısının rəhbərliyinin iclasının yekunlarına dair məlumatında deyilir

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED), bazarın gözlədiyi kimi, uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb.

AzNews.az “TASS”a istinadən bildirir ki, bu barədə maliyyə nizamlayıcısının rəhbərliyinin iclasının yekunlarına dair məlumatında deyilir.

“İctimai səhiyyənin davam edən böhranı yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir göstərəcək və ortamüddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradacaq. Bu hadisələrin fonunda komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib", - məlumatda deyilir.