Hazırda Bakıda bəzi yerlərdə parklanma pulsuzdur və elə bu da şəhərdə tıxac yaradan əsas səbəblərdən biridir Hazırda Bakıda bəzi yerlərdə parklanma pulsuzdur və elə bu da şəhərdə tıxac yaradan əsas səbəblərdən biridir

Bakıda parklanma ilə bağlı tarif siyasəti hazırlanacaq

Hazırda Bakıda bəzi yerlərdə parklanma pulsuzdur və elə bu da şəhərdə tıxac yaradan əsas səbəblərdən biridir

“Bakı şəhərində avtomobillərin park edilməsilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq. Bu plan əvvəlcə ictimaiyyətə təqdim olunacaq və bundan sonra onun tətbiqinə başlanılacaq”.

AzNews.az xəbər verirki, bunu Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov "Online Baku City Forum"da çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub və parklanma məsələləri təhlil edilir: “Parklanmanın idarə edilməsi şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə, həm də tıxaca təsir göstərir. Hazırda Bakıda bəzi yerlərdə parklanma pulsuzdur və elə bu da şəhərdə tıxac yaradan əsas səbəblərdən biridir".

T. Səfərov qeyd edib ki, paytaxtın daha 10 küçə və prospektində avtobus zolaqlarının təşkili ilə bağlı Nazirlər Kabinetinin tapşırığı var: “Bildiyiniz kimi əvvəllər 3 küçə və prospektdə avtobus zolaqları təşkil edilmişdi. Əsas məqsədimiz şəhərdə mobilliyin artırılmasıdır. Məhz avtobus zolaqlarının artırılması bizim üçün prioritetdir”.