Mərkəzi Bank tərəfindən Mərkəzi Bank tərəfindən

Pul siyasətinə təsir edən amillər açıqlandı

Mərkəzi Bank tərəfindən

2020-ci il әsasәn qlobal pandemiya elan edilәn COVİD-19 virusu ilә mübarizә şәraitindә keçib. Epidemioloji vәziyyәtlә әlaqәdar әvvәlki illәrdәn bәri azalmaqda olan qlobal ticarәtin kәskin enişi, tәchizat zәncirindә pozulmalar, iş yerlәrinin bağlanması vә artan qeyri-müәyyәnliklәr qlobal iqtisadi aktivliyә mәnfi tәsir göstәrmiş, qlobal әmtәә vә maliyyә bazarları ciddi stress altında olub. Bütün bunlar Azәrbaycan iqtisadiyyatına da birbaşa vә dolayı tәsir edib.

Mərkəzi Bankdan AzNews.az-a verilən məlumata görə, hәyata keçirilәn mәqsәdyönlü siyasәt vә antiböhran tәdbirlәri pandemiyanın neqativ tәsirlәrini minimallaşdırmağa imkan verib, ölkәdә makroiqtisadi vә maliyyә sabitliyi tәmin olunub.

BVF-nin son proqnozlarına görә 2020-ci ildә qlobal iqtisadiyyatın 4.4% kiçilәcәyi gözlәnilir ki, bu da 2008-2009-cu il maliyyә böhranı dövründәki iqtisadi tәnәzzül tempindәn yuxarıdır. O cümlәdәn inkişaf etmiş ölkәlәr üzrә 5.8%, inkişaf etmәkdә olan ölkәlәr üzrә 3.3% resessiya proqnozlaşdırılır.

Azәrbaycanın ticarәt tәrәfdaşı olan ölkәlәr üzrә resessiyanın orta hesabla 7.1% olacağı gözlәnilir.

Brent markalı neftin 2020-ci ilin ötәn dövründә hәr barel üçün orta qiymәti 43 ABŞ dolları olmuşdur ki, bu da 2019-cu ilin orta qiymәtindәn 33% aşağıdır. Pandemiya şәraitindә mart ayında OPEC+ sazişindә fasilә vә neft tәklifinin kәskin artırılması qiymәt şokuna rәvac vermişdir. Aprel ayında neft qiymәtlәri son onilliklәrin tarixi minimumlarına enmişdi. Yeni OPEC++ sazişinin bağlanması, tәsirli COVID-19 peyvәndinin hazırlanması istiqamәtindә irәlilәyişlәr vә ilin ikinci yarısında iqtisadi aktivliyin nisbәtәn bәrpası gözlәntilәri bu dövrdә neftin qiymәtinin dә bir qәdәr yüksәlmәsinә sәbәb olmuşdur.