- Rusiya və İran
- 10:54
- 1 817
Mironov da Azərbaycan diasporasına qarşı hücuma keçdi

Rusiya deputatı Sergey Mironov azərbaycanlı diaspor liderinin oğlunun adının hallandığı insidentin nəzarətə götürülməsini tələb edib
“Ədalətli Rusiya- Həqiqət naminə” partiyasının sədri, Dövlət Dumasının deputatı Sergey Mironov Yekaterinburqda baş vermiş qalmaqallı hadisə ilə bağlı ölkənin Baş prokuroru İqor Krasnova rəsmi müraciət ünvanlayıb. Müraciətdə Mironov iyunun 27-də qeydə alınan insidentin araşdırılmasının şəxsən Baş prokurorun nəzarətinə verilməsini tələb edib.
Məlumata görə, insidentin əsas fiqurlarından biri Azərbaycanın Ural regionundakı diaspor təşkilatına rəhbərlik edən “Azərbaycan-Ural” milli-mədəni mərkəzinin liderinin oğlu- Mütvalı Şıxlinskidir. Mironovun məktubunda bildirilir ki, hadisə zamanı Mütvalı Şıxlinski hüquq-mühafizə orqanlarının əməkdaşından yayınmaq istəyərkən onun üzərinə maşın sürüb və nəticədə həmin polis əməkdaşı xəsarət alıb.
Deputat həmçinin xatırladıb ki, həmin gün - iyunun 27-də Yekaterinburqda əvvəllər törədilmiş qətllərlə əlaqədar təqsirləndirilən şəxslərin də daxil olduğu azərbaycanlı mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.
Sergey Mironov bu faktların ciddiliyini vurğulayaraq istintaqın gedişi və nəticələri barədə şəffaf məlumat verilməsini tələb edib və Baş Prokurorluqdan araşdırmanın nəticələri barədə məlumat alacağını gözlədiyini bildirib.
AzNews.az