16 may 2021-ci il tarixindən etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib 16 may 2021-ci il tarixindən etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib

Ləğv edilmiş bankların əmanətçilərinin NƏZƏRİNƏ

16 may 2021-ci il tarixindən etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib

Lisenziyası ləğv edilmiş “AGBank” və “NBCBank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulunun müddəti başa çatdı.

Əmanətlərin Sığortalanması Fondundan AzNews.az-a verilən məlumatda bildirilir ki, ilkin olaraq 16 iyun 2020-ci il tarixindən başlayaraq “AGBank” ASC və “NBCBank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların 15 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanıb.

Əmanətçilərin kompensasiya ödənişi üçün ərizələrinin qəbul edilməsi ilə bağlı elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, 16 may 2021-ci il tarixindən etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib.

Qeyd edək ki, ötən ilin iyun ayının 16-dan cari ilin may ayının 16-dək “AGBank” ASC-nin 4 min 803 əmanətçisinə 121 milyon 055 min 519 manat (ümumi kompensasiya öhdəliyinin 90,32 faizi), “NBCBank” ASC-nin 4 min 249 əmanətçisinə 133 milyon 213 min 682 manat (ümumi kompensasiya öhdəliyinin 97,13 faizi), hər iki bank üzrə isə toplam 9 min 052 əmanətçiyə 254 milyon 269 min 201 manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Yuxarıda adı çəkilən ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Əmanətlərin Sığortalanması Fondunun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcək.

Xatırladaq ki, lisenziyası ləğv edilmiş “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulu müddəti də başa çatıb.