Mövlud Çavuşoğlunun qardaşını güllələdilər

Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum olub.

Aznews.az xəbər verir ki, Aydın Çavuşoğlunu ofisində güllələyiblər.

Əməliyyat olunan Aydın Çavuşoğlu reanimasiyaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.