Elektron sistemin olması yükdaşıyıcılarına əvvəlcədən məlumat almağa və sürücülər üçün növbə tutmağa imkan verəcək Elektron sistemin olması yükdaşıyıcılarına əvvəlcədən məlumat almağa və sürücülər üçün növbə tutmağa imkan verəcək

TRACECA gömrükdə elektron növbə sistemini işə salmağı planlaşdırır

Elektron sistemin olması yükdaşıyıcılarına əvvəlcədən məlumat almağa və sürücülər üçün növbə tutmağa imkan verəcək

Aznews.az xəbər verir ki, TRACECA sərhəd (gömrük) məntəqələrində elektron növbə sistemi pilot layihəsini işə salmağı planlaşdırır.

Bunu Trend-ə TRACECA Hökumətlərarası komissiyasının daimi nümayəndəsi (milli katibi) Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, TRACECA üzv ölkələrə müvafiq təklifi verib:

"Biz, xüsusilə pandemiya şəraitində sərhədlərdə avtomobillərin sıxlığını görürük. Bununla əlaqədar sürücülər günlərlə gömrükdə qalmaqla çətinliklərlə üzləşir".

O bildirib ki, elektron sistemin olması yükdaşıyıcılarına əvvəlcədən məlumat almağa və sürücülər üçün növbə tutmağa imkan verəcək. Onun sözlərinə görə, bu layihə sürücülərin iş qabiliyyətinə müsbət təsir göstərəcək.