Mütləq ifadədə Rusiyadan 120 mln. dollar gəlib Mütləq ifadədə Rusiyadan 120 mln. dollar gəlib

Ölkəyə gələn pul köçürmələrinin 52%-i Rusiyadandır

Mütləq ifadədə Rusiyadan 120 mln. dollar gəlib

Fiziki şəxslər üzərindən xaricdən Azərbaycana daxil olan və ölkədən xaricə çıxan pul köçürmələrində əsas ölkələr Rusiya və Türkiyədir.

AzNews.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev məlumat verib. O qeyd edib ki, Mərkəzi Bankın açıqladığı tədiyyə balansı statistikasına görə, 2021-ci ilin ilk rübündə Rusiya Azərbaycana göndərilən pulların həcminə görə, Türkiyə isə Azərbaycandan göndərilən pulların həcminə görə 1-ci ölkə olub:

"Həmin dövrdə ölkəyə gələn pul köçürmələrinin 52%-i Rusiyanın, ölkədən çıxan pulların isə təxminən 28%-i Türkiyənin payına düşüb.

Mütləq ifadədə Rusiyadan 120 mln. dollar gəlib, Türkiyəyə 33.5 mln. dollar köçürülüb".