2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində müəyyən edilmişdi 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində müəyyən edilmişdi

Azərbaycanda yaşayış minimumunun məbləği artırılır

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində müəyyən edilmişdi

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır.

Bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi.