Xatırladaq ki, "Nikoyl" 1997-ci ildə dövlət qeydiyyatına alınıb Xatırladaq ki, "Nikoyl" 1997-ci ildə dövlət qeydiyyatına alınıb

Azərbaycan bankının keçmiş səhmdarı ləğv olunur

Xatırladaq ki, "Nikoyl" 1997-ci ildə dövlət qeydiyyatına alınıb

“Yelo Bank” ASC-nin keçmiş səhmdarı "Nikoyl" QSC ləğv olunduğunu elan edib.

'' Aznews.az" xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 30 ünvanına bildirə bilərlər. Bu ünvanda vaxtilə "Yelo Bank"ın baş ofisi yerləşib.

Xatırladaq ki, "Nikoyl" 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 4,965 milyon manatdır. Səhmdar cəmiyyəti 2017-ci ilin may ayına qədər "Yelo Bank"ın səhmlərinin 7,97%-nə nəzarət edib, sonra isə payını hazırda "Yelo Bank"ın Müşahidə Şurasının sədri, eləcə də Bankın əsas səhmdarı - "Topaz İnvestments Limited" QSC-nin direktoru olan Marina Kulişovaya satıb. Hazırda isə xanım bankirin "Yelo Bank"da 3,9% payı var.