“Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb “Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

“Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,57ABŞ dolları, yaxud 3,55 % artaraq 133,34 ABŞ dolları təşkil edib.

Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 121,17 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.