Energetika Nazirliyindən verilən məlumata görə... Energetika Nazirliyindən verilən məlumata görə...

Azərbaycanın xam neft hasilatının azaldılması ilə bağlı uzunmüddətli öhdəlikləri başa çatır

Energetika Nazirliyindən verilən məlumata görə...

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barrel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.

Aznews.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barrel artırılaraq 717 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.

Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul edimiş tarixi Razılaşmanın mərhələli icrası çərçivəsində “OPEC plus” ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır. Bununla da Azərbaycan da daxil olmaqla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının 2020-ci ilin may ayından qüvvədə olan, iki ildən artıq müddəti, ümumilikdə gündəlik xam neft hasilatının birinci mərhələdə 9,7 mln. barrel, ikinci mərhələdə 7,7 mln. barrel və üçüncü mərhələdə 5,8 mln. barrelə yaxın azaldılmasını əhatə edən böyük həcmli öhdəlikləri bu ilin avqust ayının sonunda başa çatır.