Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Milli Məclis “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklikləri müzakirəyə çıxarır.

Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədri həmçinin qeyd edib ki, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi də Milli Məclisə daxil olub: "Sənədlər komitənin sabah-mayın 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq".

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 919 860 000,0 manat, xərcləri 6 919 860 000,0 manat məbləğində təsdiq edilib.

İşsizlikdən Sığorta Fondunun isə 2024-cü il büdcəsinin gəlirləri 238 000 000,0 manat, xərcləri 238 000 000,0 manat məbləğində təsdiq edilib.