“Uşağı ailə qurub dünyaya gətirmək lazımdır”. “Uşağı ailə qurub dünyaya gətirmək lazımdır”.

Müğənni: “Atam kimdir” sualına cavab verə bilməmək...”

“Uşağı ailə qurub dünyaya gətirmək lazımdır”.

Bunu AzNews.az-a açıqlamasında müğənni və rəqqasə Sevda Şanaliyeva nikahsız uşaq gətirən həmkarlarının qərarını müzakirə edərkən deyib. O, bildirib ki, bu addımı atmamışdan öncə uşağın gələcəyini düşünmək lazımdır:

“Hərə öz həyatını istədiyi kimi yaşayır. Kiməsə ağıl vermək heç kəsə düşməz. Yalnız bir şeyi düşünmək lazımdır. O addımı atmamışdan əvvəl uşağın psixoloji sarsıntı yaşaya biləcəyini düşünmək lazımdır. Nikahsız uşaq dünyaya gətirmək olar, amma daha çətini sonra başlayır. Uşaq böyüdükçə, hər şeyi anladıqça onun üçün psixoloji zərbələr başlayır. Və bu da uşağın gələcəyinə pis təsir bağışlayır. Həmin uşaqda ailə anlayışı olmaz. Uşağı ailə qurub dünyaya gətirmək lazımdır. Özün üçün uşaq dünyaya gətirmə. Uşaq üçün həyat qur, onun gələcəyi üçün düzgün həyat yaşa. Oğlum soruşur ki, ana, mənim babam var? Bilirdim ki, bu sualları eşidəcəyəm, amma cavab verəndə baxdım ki, hazır deyiləm. Dedim ki, yox, hər ikisi rəhmətə gedib. Bunları başa salmaq olur. Amma "mənim atam kimdir" sualına cavab verə bilməmək uşaq üçün sarsıntı ola bilər”.

Qeyd edək ki, ailə həyatı qurmayan sənət adamlarının bir neçəsi nikahsız uşaq dünyaya gətirmək arzularını açıqlayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az