Svetlana öz karyerasına aktrisalıqla başlayıb Svetlana öz karyerasına aktrisalıqla başlayıb

Moskvada yaşayan azərbaycanlı jurnalist ərə gedir - 2-ci dəfə

Svetlana öz karyerasına aktrisalıqla başlayıb

Rusiyanın Moskva şəhərində yaşayan azərbaycanlı aktrisa və jurnalist Svetlana Zeynalova 2-ci dəfə ailə həyatı qurmağa hazırlaşır.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Zeynalova sosial şəbəkədə paylaşım edib. O, İnstagrama sevgilisi Dmitrinin 5 aylıq qızı ilə oynadığı haqda video da yükləyib.

1977-ci il mayın 8-də Moskva şəhərində anadan olan Svetlana öz karyerasına aktrisalıqla başlayıb.

Bu, Rusiyanın "1-ci kanalı"nda yayımlanan "Sabahınız xeyir" proqramının aparıcısı olan Svetlananın 2-ci evliliyidir. 41 yaşlı azərbaycanlı qız ilk dəfə 2011-ci ilin sentyabrında "Radio Maximum"un direktoru Aleksey Qlazatovla evlənib. 2012-ci ilin oktyabrında boşanan cütlüyün Aleksandra adlı bır qızları da var.

Qeyd edək ki, Svetlana Rusiyanın tanınmış teleaparıcısı İradə Zeynalovanın kiçik bacısıdır. Onların atası Aftandil İsabala oğlu əslən azərbaycanlıdır. Anaları Qalina Alekseyevna isə rusdur.

Babək Göyüş

AzNews.az

image description image description image description