"Abır-həyaya görə, utanırdım” "Abır-həyaya görə, utanırdım”

Əməkdar artist səhnədə göz yaşı tökdü - VİDEO

"Abır-həyaya görə, utanırdım”

ARB TV-nin “Öz evimizdir” verilişinin növbəti qonağı əməkdar artist Firuzə İbadova olub.

İfaçı maraqlı söhbət əsnasında “Lalə qızlar ansamblı”na gəlişi ilə bağlı xatirələrini bölüşüb:

“Mən hələ uşaq xorunda oxuyurdum. Əfsər Cavanşirova deməmişdən öncə Nisə Qasımova Ceyran müəlliməyə demişdi ki, mənim bir rəfiqəm var. Çox istəyirəm ki, o rəfiqəm bu ansambla gəlsin. Və mən gəldim. Oxuyarkən başladım ağlamağa. Ceyran müəllimə soruşdu ki, niyə ağlayırsan? Dedim, utanıram. Solo ifaçı kimi 70-80 nəfər uşaqların qarşısında çıxış edirdim, utanmırdım. Amma burada...

Mən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının otaqların birində məşq edirəm, mayestro Niyazi, Ceyran Haşımova.. Aman Allah, mən burada oxuyuram. O zaman elə bilirdim qorxuram, amma o, mənim daxilimdəki abır-həyadan irəli gəlirdi ki, özünü yığışdır, yaxşı oxumalısan”.

AzNews.az