“Ünvanıma çox ağır söyüş söydü, buna görə cavab verəcək” “Ünvanıma çox ağır söyüş söydü, buna görə cavab verəcək”

“Onun qaynı məhkəməyə bıçaqla gəlmişdi” - Direktoru döyən aktyor

“Ünvanıma çox ağır söyüş söydü, buna görə cavab verəcək”

Vəziyyətin gərginləşdiyini görən polislər Tural Mirzəliyevin qohumlarını həbs ediblər.

Bu barədə AzNews.az-a açıqlamasında 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyən aktyor Rza Rzayev deyib. O, bildirib ki, Tural Mirzəliyev hər dəfə keçirilən məhkəmə prosesinə bir dəstə qadınla gəlir:

“Qadınlar da məhkəmənin qarşısında təhqiredici ifadələr işlədir, tüpürür və s. kimi hərəkətlər edirlər. Dünən məsələ ilə bağlı növbəti məhkəmə prosesi idi. İş saatı olmasına baxmayaraq, məktəb direktoru Tural Mirzəliyev valideynlərlə məhkəmənin qarşısında idi. Həmişəki kimi bir-birimizin fotosunu çəkdik. Məqsədim onun fotosunu nazirliyə göndərmək idi. Nə şahiddir, nə də təqsirləndirici şəxs, belə olan halda o, məhkəmədə nə gəzir? Mənə yaxınlaşanda ünvanıma kobud söz işlətdi. Yanında qaynı vardı. Aramızda mübahisə yarandı. Dedim ki, səni bağışlayım deyə ardımca adamlar göndərirsən. Ünvanıma çox ağır söyüş söydü. Buna görə cavab verəcək. Həmin anda qaynı əlini cibinə salıb nəsə çıxarmaq istədi. Qarşılıqlı dava oldu. Qaynı ilə üstümə düşdülər, məhkəmədən adamlar çıxıb, bizi aralaşdırdılar. Sonra 25-ci polis bölməsində gedib dava ilə bağlı izahat verdik”.

Rza Rzayevin sözlərinə görə, 25-ci polis bölməsində izahat verən zaman qarşı tərəfin qohumları bölmənin qarşısında dava salıb:
“Hər ikimizin qohumları polis bölməsinin qarşısında idi. Həmin anda Tural Mirzəliyevin qaynı dostuna zəng edib onu bölmənin qarşısına gətizdirib. Direktorun qaynı cibindəki bıçağı dostuna verib. Dostu da həmin bıçaqla mənim qohumlarımın üstünə yeriyib. Polislər vəziyyətin gərginləşdiyini görüb onları həbs etdilər. Hazırda həmin şəxs polisdədir, bıçaq da maddi sübut kimi götürülüb. Qarşılıqlı olaraq 25-ci polis bölməsində cinayət işi qaldırılıb. İzahatlarımız alınıb”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin qarşısında aktyor Rza Rzayev ilə Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev arasında insident yaranıb. Məsələyə münasibət bildirən Təhsil Nazirliyi, məktəb direktoru Tural Mirzəliyevin sağlamlığına ciddi xəsarət yetirildiyini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az