"Hamımız fərqli bağçalarda böyüsək də, analarımız birdir". "Hamımız fərqli bağçalarda böyüsək də, analarımız birdir".

Burak Özcivit Bakıya gəldi - Türk filmləri həftəsinin açılışı oldu

"Hamımız fərqli bağçalarda böyüsək də, analarımız birdir".

Ötən gün Nizami Kino Mərkəzində türk filmləri həftəsinin açılışı olub.

Tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Sayca dördüncü tədbirin açılışında Gizem Karaca, Burak Özcivit kimi tanınmış türk aktyorlar, habelə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak ediblər.

Y.Topçu türkdilli ölkələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb: "Hamımız fərqli bağçalarda böyüsək də, analarımız birdir".

Dağlıq Qarabağdan bəhs edən natiq gələcəkdə Türk dünyasının bir-birinin qələbələrini bayram etməsi arzusunu dilə gətirib.

Natiqlərin çıxışlarından sonra xatirə mükafatları sahiblərinə təqdim edilib.

Sonra türkiyəli rejissor Mehmet Günün 90-cı illər türk kəndinin həyatından, məktəbdə sinif yoldaşı olan oğlan və qızın məhəbbətindən bəhs edən “Güllər” filmi nümayiş olunub.

Noyabrın 27-dək davam edəcək türk filmləri həftəsi çərçivəsində “Güllər”dən savayı, “Səni sevirəm, adamım”, “Can fəda”, “Hay”“Anons” filmləri nümayiş ediləcək. (Report)

image description