Flora Kərimova öldürülə biləcəyini dedi: “Başıma bir iş gəlsə, səndən soruşacaqlar!”​

“Məni öldürmək istəyirlər”

Xalq artisti Flora Kərimova, kiminsə onu öldürmək istədiyini deyib.

AzNews.az xəbər verir ki, sənətkar bu barədə ATV telekanalında "ATV maqazin onlarla" verlişində açıqlamasında deyib. Müğənni həmin şəxsin adını çəkməsə də əlamətlərinə işarə verib:

"Bir az dilinə sahib dur, ehtiyatlı ol. Başıma bir iş gəlsə, səndən soruşacaqlar. Əlimdə palaz boyda kimliyindən kağız var. Heç olmasa, elə əməliyyat etdirərdin ki, o xal görsənməzdi. Əməliyyat etdir, sonra da üstünə qrim sürt ki, görsənməsin. Onu öyrət, bunu öyrət, sənətkarları öz istəyinə tabe et, səni tərifləsinlər. O kürsünü görməyəcəksən. Bəsdirin məndən danışdınız. Onsuz da qurban olduğum məni aparmır”.

Bahar RÜSTƏMLİ
AzNews.az