Müğənni Yusif Mustafayev dünyasını dəyişən anasından danışıb. Müğənni Yusif Mustafayev dünyasını dəyişən anasından danışıb.

Yusif Mustafayev anasından danışdı: “Dünyam qaralıb”

Müğənni Yusif Mustafayev dünyasını dəyişən anasından danışıb.

Sənətçi AzNews.az-a açıqlamasında 82 yaşlı anasının insult keçirdiyini deyib:

“Anam xəstəydi, iki il bundan əvvəl insult keçirmişdi. Dünən ikinci dəfə yenidən insult keçirdi. Elə oradaca dünyasını dəyişdi. Cəlilabad rayonundayıq. Hazırda qəbiristanlıqda onu son mənizlə yola salırıq. Gözəl anam mənim. Hamı bilir ki, mən anamı çox istəyirdim, onunla nəfəs alırdım. Anam gedib, sanki dünyam qaralıb. Onsuz necə yaşayacam bilmirəm”.

Qeyd edək ki, müğənni Yusif Mustafayevin anası yanvarın 2-də dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az