Ayla hazırda türk, rus və ingilis dillərində sərbəst danışa bilir. Ayla hazırda türk, rus və ingilis dillərində sərbəst danışa bilir.

5 yaşlı Türk qızı dünya məşhurlarını təkrarladı, ulduz oldu – FOTO

Ayla hazırda türk, rus və ingilis dillərində sərbəst danışa bilir.

Türkiyədən olan istedadlı rəssam – dizayner Alya Çağlar qızı ilə instagram hesabları sayəsində məşhur olub. Ana-balanın «seasunstefunny» adlı səhifəsini 214 mindən artıq şəxs izləyir.

AzNews.az xəbər verir ki, Alya qızı üçün kreativ, glamur obrazlar yaradır. Bunun üçün dünyaca məşhur ulduzların qırmızı xalçadakı look-larından istifadə edir.

Sonuncu dəfə Ledi Qaqanın “Qızıl Qlobus”, Nikol Kidmanın “Critics Choice Awards”da qırmızı xalçadakı geyimlərindən ilhamlanıb.

“Mən bir dəfə Rihannanı Molli Qoddardın onun üçün hazırladığı mavi libasda gördüm. Bundan sonra onun obrazını qızım vasitəsilə təkrarlamaq qərarına gəldim. Geyimlərin hazırlanmasında müxtəlif materiallardan istifadə edirəm.

Bu proses cəmi 30 dəqiqəyə başa gəlir. Mən hər kəsin evində ola biləcək materiallardan - plastik, kağız, folqa və s. istifadə edirəm. Materialları stepler vasitəsilə bir-birinə bərkidirəm.”, - Alya belə deyib.

Alyanın 5 yaşlı qızı Stefani isə bütün obrazlarını sevdiyi deyib. O, hazırda türk, rus və ingilis dillərində sərbəst danışa bilir.

Fəridə Abdulla

AzNews.az

image description image description image description image description image description image description image description image description