Brilliant Dadaşova: Brilliantı gedib tək alırsan - VİDEO

“Nə yeyib-içirəmsə, “İnstagram”a qoyacam”.

ARB TV-nin “Show news” proqramının bu dəfəki müsahibi xalq artisti, müğənni Brilliant Dadaşova olub.

Müğənni ona gələn mənfi rəylərə reaksiya verib:

“Mən çox gülürəm. Özüm uşaq görəndə dayana bilməyib yazıram ki, maşallah. Xoşuma gəlməyən bir şeyə rəy yazmaram. Mənə tənqid yazırlarsa, deməli çox xoşlarına gəlir. Kartofu, kökü kiloyla satırlar, amma Brilliantı gedib tək alırsan. Tək olan insanlar var, kiloyla satılan insanlar var. Bu yaxınlarda nə yeyib-içirəmsə hamısını “İnstagram”a qoyacam. Çünki xanımlar mənə çox yazırlar”.

AzNews.az

image description image description