Məşhur aktyor İstanbula gəldi - tarixi yerləri gəzdi

Alonso pərəstişkarları ilə foto çəkdirib.

“La Casa De Papel” filminin aktyoru Pedro Alonso (Berlini) "GQ Men of The Year" tədbirinə qatılmaq üçün İstanbula gəlib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün baş tutacaq tədbirdə “İlin beynəlxalq starı” mukafatını alacaq olan Alonso dünən axşam İstanbulu gəzməyə çıxıb.

Tarixi yerləri gəzdikdən sonra “Cihangir Sur Balık”da axşam yeməyi yeyən Alonso çıxışda onunla foto çəkdirmək istəyən pərəstişkarlarını qırmayıb.

Səidə Nurməmmədli

AzNews.az