"Həkimlər deyir ki..." "Həkimlər deyir ki..."

Meyxanaçı Kərimdən sevindirici xəbər var - Oğlundan açıqlama

"Həkimlər deyir ki..."

Meyxana ifaçısı Ağa Kərim Novruzovun səhhətində böyük irəliləyiş var.

Bunu AzNews.az-a açıqlamasında meyxanaçının oğlu Kamil Novruzov deyib. Onun sözlərinə görə, atasının ayaqları açılıb, yerimə qabiliyyəti bərpa olunub:

“Atam Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriləndən sonra vəziyyəti düzəlməyə başlayıb. Artıq yavaş-yavaş gəzir, fikirlərini ifadə edə bilir. Həkimlər deyir ki, onu tam sağaldıb yola salacağıq. Belə getsə, atam hətta səhnəyə də qayıda bilər. Səhnəyə qayıtması öz istəyinə bağlıdır. Ən pis anları geridə qaldı. Yanına gedib-gələnlər də çoxdur. Atamın müalicəsi üçün bütün xərcləri Heydər Əliyev Fondu qarşılayır”.

Qeyd edək ki, meyxana ifaçısı Ağa Kərim Novruzov 2017-ci ildə insult keçirib. Dəfələrlə müalicə olunsa da, səhhətində yaranmış problem hələ də tam aradan qalxmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az