Tez-tez belə xəbərlər çıxır Tez-tez belə xəbərlər çıxır

Çağatay Ulusoy sevgilisi ilə belə görüntüləndi

Tez-tez belə xəbərlər çıxır

Məşhur türk aktyoru Çağatay Ulusoy və sevgilisi Duygu Sarışın “Maslak Uniq”də səhnələnən “Arzu Tramvayı” tamaşasını izləməyə gedərkən kameralara görüntülənib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlük tamaşadan sonra “Tamirane” adlı bir məkana gedib. Çağatay Ulusoy içəri sevgilisi ilə girdikdən sonra məkanın pərdələri bağlanıb.

Səhər saat 04.00-də çıxan cütlük liftdən düşəndə yenidən kameralara düşüb.

Jurnalistlərin ''Duygu xanımla münasibətiniz necə gedir, bir ara ayrılma xəbərləriniz çıxmışdı” sualına o, belə cavab verib:

''Hər şey çox gözəl gedir. Tez-tez belə xəbərlər çıxır, amma biz xoşbəxtik, bir problem yoxdur”.

Duygu Sarışın isə münasibətləri haqda ''Gördüyünüz kimi'' deməklə kifayətlənib.

Səidə Vahid

AzNews.az