Heyvanlığa səbəb yoxdur, heyvanları sevək – Koray Avcı

Keçən həftə yaşadığım məhəllədə 16 iti öldürüblər.

Türkiyəli məşhur müğənni Koray Avcı dünən konsert verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, konsert zamanı müğənninin fanatlarından biri 1.5 yaşlı qızını səhnəyə çıxarmaq istəyib.

Koray Avcı dərhal onun bu istəyini həyata keçirib. Uşağın yanında yerdə bardaş qurub oturan müğənni “İcazə verin, mən bu pambıq şəkərini bir az dişləyim, sonra mahnı oxuyum” deyib.

Daha sonra Koray Avcı səhnəyə “Dayı” adlı Golden Retriever cins itini çıxararaq onu öpüb.

Müğənni “Mən Ankaralıyam. Keçən həftə yaşadığım məhəllədə 16 iti öldürüblər. Heyvanlığa səbəb yoxdur, heyvanları sevək” deyib.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description image description image description