Müğənni iki il əvvəl atası Hasan Açıkgözə də bir ev almışdı Müğənni iki il əvvəl atası Hasan Açıkgözə də bir ev almışdı

Hadisə anasına Belçikada villa aldı

Müğənni iki il əvvəl atası Hasan Açıkgözə də bir ev almışdı

Məşhur türk müğənnisi Hadise çətin günlər keçirən anası Gülnihal Açıkgözə Belçikanın Limburg şəhərində 750 min lirə ödəyərək bağçalı, iki mərtəbəli villa alıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni son günlərdə konserti və işləri olmadığına görə Belçikaya gedərək ailəsi ilə birgə vaxt keçirir.

O, yeni ev üçün alış-verişə də çıxıb. Bir həftəyə yaxın Belçikada qalan Hadise anası ilə villanı başdan ayağa yeniləyib.

Ötən bazar günü Gülnihal Açıkgöz qızına səhər yeməyi hazırlayaraq yeni evində əyləncəli gün keçirib.

Qeyd edək ki, müğənni iki il əvvəl atası Hasan Açıkgözə də bir ev almışdı.

Səidə Vahid

AzNews.az