İkimiz də uşaq istəyirik, amma... - Kadir Doğulu

"Bir baxıram mən Neslihanı tərk etmişəm"

Türkiyəli məşhur aktyor Kadir Doğulu həyat yoldaşı aktrisa Neslihan Atagül ilə haqqında çıxan dedi-qodular haqqında danışıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə qonaq olan aktyor haqlarında çıxan ayrılıq iddialarına “Bir baxıram, mən Neslihanı tərk etmişəm. Sonra baxıram ki, o, məni tək edibmiş. Belə şeylərə fikir vermirik. Təki nəzərimiz belə söhbətlərlə çıxsın” deyib.

Aktyor uşaqlarının olmasını istədiyini bildirib:

“Şükürlər olsun ki, ikimiz də sağlamıq, amma uşaq dünyaya gətirməyin də zamanı var”.

Nigar CƏFƏR

AzNews.az