Hər şey yaxşıdır, mesajlaşırıq Hər şey yaxşıdır, mesajlaşırıq

Hande Yener Serdar Ortaçı ittiham etdi - “Pulunu qumarda xərcləyir"

Hər şey yaxşıdır, mesajlaşırıq

Məşhur türk müğənnisi Hande Yener sənət dostları Serdar Ortaç və yeni barışdığı Demet Akalın haqqında danışıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hande Yener aranjemanların baha olduğundan şikayətlənən Serdar Ortaç haqqında “Pulunu qumarda xərcləyir, musiqiçilərə xəsislik etməsin” sözlərini yazıb.

Bundan əlavə Serdar Ortaçın İnstagramda Hande Yeneri izləmədən çıxardığı da iddia edilib.

Yener “O sözləri zarafat olsun, deyə söylədim. Küsmüşüksə, barışarıq. Bir-birimizi izləyirik” deyib.

O, illər sonra barışdığı Demet Akalının son albomu üçün də bunları söyləyib: “Klipini bəyəndim, amma albomu hələ dinləməmişəm. Hər şey yaxşıdır, mesajlaşırıq. Amandır, sakit durun, o da izləmədən çıxarmasın!”.

Səidə Vahid

AzNews.az