- Üçüncü sektor
- 18 May 2019 23:49
- 3 697
Faiq Ağayev səsverməni ilk dəfə fransız dilində elan edəcək

Təl-Əvivdə baş tutan "Eurovision 2019" mahnı müsabiqəsinə start verildi.
"Eurovision-2019" mahnı müsabiqəsində səsverməni xalq artisti Faiq Ağayev elan edəcək.
AzNews.az xəbər verir ki, Faiq Ağayev səsverməni Azərbaycan tarixində ilk dəfə olaraq fransız dilində səsləndirəcək. Bu günə qədər səsvermə ingilis dilində təqdim edilib. Mahnı müsabiqəsi hazırda İctimai Televiziyanın canlı efirində yayımlanır.
Qeyd edək ki, ölkəmizi müsabiqədə Çingiz Mustafayev "Truth" mahnısı ilə 20-ci nömrə altında təmsil edəcək.
Rəqsanə
AzNews.az