İş adamı məşhur “duz səpmə” hərəkətini də etməyi unutmayıb İş adamı məşhur “duz səpmə” hərəkətini də etməyi unutmayıb

Nusret ABŞ-lı müğənninin klipində çəkildi

İş adamı məşhur “duz səpmə” hərəkətini də etməyi unutmayıb

İstanbulun Etiler səmtində ət restoranı ilə məşhur olan Nusret Gökçe Mayami və Nyu-Yorkda da şöbələr açdıqdan sonra Hollivudun tanınmış simaları ilə dost olub.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, şöhrəti dünyaya yayılan Nusret Netflixin məşhur “Narcos” serialında yer alıb.

Nusret indi də Amerikanın məşhur müğənnisi DJ Khaledin “You Stay” mahnısının klipində çəkilib.

İkinci günündə baxış sayı 3 milyona yaxınlaşan klipdə Nusret məşhur “duz səpmə” hərəkətini də etməyi unutmayıb.

Klipdə o, ət doğrayıb fırladır, DJ Khaled isə əti havada tutur.

Səidə Vahid

AzNews.az

image description image description