Bu xətanı fantastik saqanın fanatları aşkarlayıb Bu xətanı fantastik saqanın fanatları aşkarlayıb

“Taxt oyunları”nda növbəti xəta - FOTOLAR

Bu xətanı fantastik saqanın fanatları aşkarlayıb

HBO telekanalında yayımlanan populyar “Taxt oyunları” serialının son epizodunda kadra iki plastik qab düşüb.

Bu xətanı fantastik saqanın fanatları aşkarlayıb.

Plastik qablar altıncı epizodun 46-cı dəqiqəsində, lord Vesterosun keçirdiyi iclasda gözə dəyib. HBO hələlik bu xətaya münasibət bildirməyib.

Bundan əvvəlki epizodlarda yaradıcı heyətin diqqətsizliyi səbəbindən kadra “Starbucks” plastik stəkanı düşmüşdü. Başqa bir epizodda isə əsas personajlardan biri Ceyme Lannisterin olmayan əli “möcüzəvi şəkildə bərpa olunmuşdu”.

Onu da bildirək ki, serialın bir milyondan çox fanatı onlayn petisiya imzalayaraq, sonuncu mövsümün yenidən çəkilməsini tələb edib.(oxu.az)

AzNews.az

image description image description