Günay Musayeva oğlunu döyən sevgilisini bıçaqladı

Modelin 2 il 5 ay həbsi gözlənilir

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcıyı bıçaqlayıb.

AzNews.az “Haberler”ə istinadən xəbər verir ki, Günay Musayeva mübahisə zamanı onu və oğlunu döyən sevgilisini bıçaq zərbəsi endirib.

Taha Tatlı hadisədən sonra polisə şikayət edib. Hadisə ilə bağlı İstanbul Ailenin Korunması Bürosunda istintaq başlayıb. Modelin 2 il 5 ay həbsi gözlənilir. Günay Musayeva sorğu nəticəsində günahsız olduğunu deyib: “Taha çox əsəbi idi. Oğlumu döydü. Özümü və oğlumu qorumaq üçün bıçaqla qarşısına keçdim. Üzərinə gəldiyində bıçaq ona dəydi”.

Rəqsanə
AzNews.az

image description image description