"İstanbul və ölkəmiz üçün xeyirli olsun" "İstanbul və ölkəmiz üçün xeyirli olsun"

Ərdoğana yaxınlığı ilə tanınan ifaçının İmamoğluna dəstəyi təəccübləndirdi

"İstanbul və ölkəmiz üçün xeyirli olsun"

Türkiyənin tanınmış müğənnisi Gülben Ergen İstanbulun yeni bələdiyyə sədri Əkrəm İmamoğlunu təbrik edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-yə yaxınlığı ilə seçilən və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün tədbirlərində iştirak edən müğənni seçkidən sonra sosial şəbəkədə bu sözləri qeyd edib:

“Həyat yoldaşına və övladlarına sevgi ilə baxan Əkrəm İmamoğlunu təbrik edirəm. İstanbul və ölkəmiz üçün xeyirli olsun".

Müğənni İmamoğlunun rəqibi Binəli Yıldırım haqqında isə "Rəqibini təbrik edən Binəli Yıldırıma təşəkkür edirəm. Ümid və hörmətlə...” deyib.

Qeyd edək ki, iyunun 23-də yenidən keçirilən bələdiyyə seçkilərində Əkrəm İmamoğlu 54,3 faiz səs çoxluğu ilə qalib gəlib.

Rəqsanə

AzNews.az

image description