“Oturanda da az qalır ki, xanımından icazə alsın” - Nazənin kimin bostanına daş atdı

"Bütün dünya bilir, kimdən söz gedir"

Müğənni Nazənin 5/5 verilişində qonaq olub.

AzNews.az xəbər verir ki, Nazənin aparıcının “Hansı müğənni ərinə deyir ki, kişi işinə qarışma!” sualına cavab verib.

O, ad çəkmədən bu sözləri deyib:

“Bizim evdə kişinin sözü keçir. Bütün dünya bilir, kimdən söz gedir. Doğrudan da nə yazıq ki, belə insanlar var. Bunu sırf şou aləminə qatmayaq. Həyatda da belə insanlar var. Xanımından o qədər qorxur ki, onu görəndə rəngi-ruhu qaçır. Oturanda da az qalır ki, xanımından icazə alsın”.

Qeyd edək ki, bir müddət əvvəl Nazəninlə Təranə Qumral arasında problem yaşanıb.

Rəqsanə

AzNews.az