Tarkan milyonluq tura çıxır

Onu 27 nəfərlik qrup müşayiət edəcək

Türkiyəli müğənni Tarkan 2019-cu il Avropa səfərinə oktyabr ayında başlayacaq.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun ilk səfəri Londona olacaq.

Müğənninin daha sonra İsveç, Hollandiya, Avstriya, İsveçrə və Almaniyaya gedəcəyi bildirilir.

Tarkanın verəcəyi 10 konsertdən əldə etdiyi gəlirinin 850 min avroya (1,6 mln AZN) müvafiq olacağı gözlənilir.

Onu 27 nəfərlik qrupun müşayiət edəcəyi bildirilir.

Qeyd edək ki, bu il Harbiye Açıqhava Teatrında da konsert verməyi planlaşdıran Tarkan, keçən il dünyaya gələn qızı Liya və həyat yoldaşı Pınarın qayğısına qalmaq üçün adı çəkilən məkanda konsert verməmişdi.

Gül Qədirli

AzNews.az