"Forbes" jurnalı son 12 ayın ən çox qazanc əldə edən aktyorlarının reytinqini tərtib edib. Siyahıya Dueyn Conson başçılıq edir "Forbes" jurnalı son 12 ayın ən çox qazanc əldə edən aktyorlarının reytinqini tərtib edib. Siyahıya Dueyn Conson başçılıq edir

İlin ən çox qazanan aktyoru məlum oldu

"Forbes" jurnalı son 12 ayın ən çox qazanc əldə edən aktyorlarının reytinqini tərtib edib. Siyahıya Dueyn Conson başçılıq edir

"Forsaj: Hobbs və Şou", "Göydələn" filmlərinə, həmçinin "Futbolçular" serialına və "Under Armour" brendinin reklamına görə Conson il ərzində 89,4 milyon dollar əldə edib. Ötən il isə aktyorun illik gəliri 119 milyon dollar təşkil edib.

Siyahıda ikinci və üçüncü yerləri isə "Qisasçılar" filminin ulduzları Kris Hemsvort (76,4 milyon dollar) və Robert Dauni (66 milyon dollar) tuturlar.

Onluğa həmçinin Akşay Kumar, Ceki Çan, Bredli Kuper, Adam Sendler, Kris Evans, Pol Radd və Uill Smit də daxildirlər. (Oxu.az)