Klipin rejissoru Nail Naiboğludur Klipin rejissoru Nail Naiboğludur

Yaqub Zurufçu "Dəniz"ə yeni klip çəkdirdi - VİDEO

Klipin rejissoru Nail Naiboğludur

Dünya şöhrətli sənətkar Yaqub Zürufçu “Dəniz” mahnısına ikinci dəfə klip ekranlaşdırıb.

AzNews.az xəbər verir ki, müğənni sözü gedən mahnını yeni aranjimanda yazdırıb:

“Yeni mahnıya da klip çəkə bilərdik, amma çoxu məndən "Dəniz"i istədi. Biz də yeni nəfəslə, yeni aranjimanla və yeni kliplə sizi "Dəniz"lə görüşdürürük”.

Qeyd edək ki, “Dəniz” mahnısının sözləri Nəbi Xəzrinin, musiqisi isə Yaqub Zurufçunundur. Aranjimanı Əliheydər Mirzəbəyov olan mahnının yeni versiyasını rejissor Nail Naiboğlu ekranlaşdırıb.

Bahar RÜSTƏMLİ

AzNews.az