Bellanın üzünün “qızıl orta”ya uyumu yüzdə 94,35-dir Bellanın üzünün “qızıl orta”ya uyumu yüzdə 94,35-dir

Dünyanın ən gözəl üzü ondadır

Bellanın üzünün “qızıl orta”ya uyumu yüzdə 94,35-dir

ABŞ-lı model Bella Hadidin adı İtalyan dilində “gözəl” anlamına gəlir. Dünyanın ən gözəl modellərindən biri olan Bellanın gözəlliyi riyazi olaraq da təsdiqlənib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Antik Yunanda gözəlliyin ölçüsü olaraq qəbul edilən, intibah dövründə sənətçilərin əsərlərini buna görə hazırlamağa çalışdığı “qızıl orta”ya ən uyğun üzün Bella Hadiddə olduğu məlum olub.

Bellanın üzünün “qızıl orta”ya uyumu yüzdə 94,35-dir.

Möhtəşəm gözəlliyi ilə qlobal moda səhnəsinin vazkeçilməz yeni nəsil supermodellərindən biri olan Bella Hadid, eyni zamanda peşəkar at sürəndir. Gəzməyi öyrənmədən öncə at minməyi öyrənib.

Bella Hadid qırmızı xalçada və gündəlik həyatında ağır makiyajdan qaçır. Saç dəyişimlərində isə olduqca iddialıdır.

Səidə Vahid

AzNews.az