"Təbiət də bir gün qisasını alar" "Təbiət də bir gün qisasını alar"

Aktrisa zibil yığarkən şok keçirdi - "Ayıb bir şeydir!"

"Təbiət də bir gün qisasını alar"

Türkiyəli məşhur aktrisa Bennu Gerede “Bref” markasının başlatdığı “Türk Dəniz Araşdırmaları Vəqfi” (TÜDAV) ilə birlikdə Kilyos-Kısırkayada təmizlik işləri aparıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bir saat ərzində 2 torba plastik zibil toplayan Bennu Gerede gördüklərini belə ifadə edib:

“Elə şeylər atıblar ki, şok keçirdim. Mədəm bulandı. Ürək dağlayan və ayıb bir şeydir! Təbiət də bir gün qisasını alar. Bu qədər pis olacağını düşünə bilməzdim. Atanlar kaş ki, utansa”.

O, öz ifadəsində sadəcə həmin ərazilərin deyil, yaşadığı səmtdəki zibilləri də təmizlədiyini bildirib.

Səidə Vahid

AzNews.az

image description