Məhkəmə qərarına əsasən, Arto 3 ay Şikelə yaxınlaşa bilməyəcək Məhkəmə qərarına əsasən, Arto 3 ay Şikelə yaxınlaşa bilməyəcək

Çağla Şikel məhkəmədə erməni müğənniyə qalib gəldi - VİDEO

Məhkəmə qərarına əsasən, Arto 3 ay Şikelə yaxınlaşa bilməyəcək

Model-aparıcı Çağla Şikel erməniəsilli müğənni-aparıcı Artoya (Harutyan Dalqa) məhkəmədə qalib gəlib.

Türkiyə mediası xəbər verir ki, “mini ətəklə necə oturub-durmalı” mövzusunda video çəkən Çağlaya Arto sərt reaksiya göstərib. O, modelin İnstaqram paylaşımına “Sən əvvəlcə sinəni göstərməməyi öyrət” yazaraq Şikelin illər əvvəl podiumda və efirdə sinəsinin açılmasına eyham vurub.

Çağla bundan sonra Artonu məhkəməyə verib. Məhkəmə qərarına əsasən, Arto 3 ay Şikelə yaxınlaşa bilməyəcək.

Model məhkəmə qərarını İnstaqram səhifəsində paylaşaraq “Qadına hər cür şiddətə yox!” yazıb.(qafqazinfo.az)



AzNews.az